Qara yanvar ayını xatırlamaq, 1993-cü ildən xatirə məqaləsi

 

Qara Yanvar xatirəsinə Respublika Yeraltı, 15 yanvar 1993-cü ildə müharibə jurnalisti Nigar Hemidlinin Meydan xəbərləri üçün yazdığı bu xəbər məqaləsini əldə edir.

January 24, 2021 

Image credit: “File:RedArmy Paratroops Baku 1990.jpg” by K. Martens is licensed under CC BY 3.0

20 yanvar qırğınlarından sonra AXC üzvlərinə «Millətçi», «ekstremist», «narkoman» damğası vurub qaranlıq zindanlara tullayan DTK əməkdaşı Şirinovun Biləsuvar rayon partiya komitəsinin katibi Ramiz Zeynalovun, rayon prokurorunun müavini Mahmudovun sözlə ifadə edilməsi qeyri-mümkün olan namərdliyini rayon camaatı heç vaxt unudan deyil. Biləsuvarlılar onların, xüsusilə Mahmudovun bu daş qəlbli insanın vəhşiliyini bu gün də nifrət və qəzəblə xatırlayırlar. 20 yanvar gecəsi Salyan kazarmasının yaxınlığında Əlimərdan Hüseynovun həlak olmasına belə şübhə ilə yanaşan prokuror Müavini Mahmudovun şəhid atası Əbil əmidən oğlunun hökümət əleyhinə iğtişaşlarda iştirak etməsi və öz günahı ucundan həlak olması barədə izahat istəməsi sözün həqiqi mənasında dəhşətdir.Oğlu Vətənin azadlığı yolunda şəhid olmuş atadan belə bir izahatı jalnız insanlıq simasını itirmiş, milli heysiyyatdan məhrumlar tələb edə bilər. AXC-nin müvəqqəti məğlubiyyətinin partokratların əl-qol, açması üçün şərait yaratdığı dövrdə, odlu nöqtədən gələn Mühəbbətin Stepanakertdəki hadisələr barədə yazdığı kasetlər fevralın 3-də DTK-nın əməkdaşları tərəfindən zəbt olunub iki nəfər rus polkovnikinə ötürüldü. Rus hərbçiləri qarşısında ikiqat təzimlə öz xalqını və onun ləyaqətli oğullarını satan həmin çinovniklərin iştirakilə səhəri gün Möhübbətkilin evi BTR-lərlə mühasirəyə alındı.

20-25 nəfər rus əsgəri qəflətən evə soxulub «turok pristriljajte kak sobaku, davayte oruyie» deyə Möhübbətdən silah tələb etdilər. «Məndə silah yoxdur» deyən bu igid vətən oğlunu söyüb təhqir edənlərdən biri də silahlı rus əsgərlərinin ətrafında quyruq bulayan satqın yurddaşımız idi. Əgər özümüzünkülər satqınlıq etməsəydilər «Vaşe naçalstvo skazal, çto iz Irana privezli avtomatı proizvodstvo Izrail, tri ştuk» deyən rus zabiti Möhübbətin haradan tanıyır və bu faktları haradan bilirdi? Hətta evdəki körpə uşağı belə saya almayan, müqəddəs adətlərimizi tapdalayıb,gəlinin yataq otağına keçən, utanmadan onun pal-paltarını alt-üst edən, yuxarıdan yağlı bir «zvaniya» qoparmaq xatirinə namusunu, qeyrətini belə hərraca qoymağa hazır olan DİŞ əməkdaşlarının yaramazlığı qəlbimizi nifrətlə doldurdu. Namərdlər evdə axtarış zamanı 37 min rubl pulu və gəlinin qızıl sırğalarını da özləri ilə apardılar.

Rus əsgərlərinin və milli DİN əməkdaşlarının vəhşiliyindən qorxuya düşən ailənin sonbeşiyinin dili tutuldu və indiyədək də pəltək qalıb. Biləsuvardakı könüllülər batalyonunun komandiri, hazırda cəbhədə döyüşən Nadir bəy həmin gün təzəcə aldığı evinə köçməli idi.O, keçmiş RPK-nın büro üzvü, kommunist, sürücü Qardaşxan Səmədovla evə gedərkən görür ki, əsgərlər evin pəncərələrini sındırır.Möhübbət bəy Qardaşxanı xilas etmək üçün deyir: «Bu ki, sizdəndir, kommunistdir, ona toxunmayın, onu buraxın getsin». Gecə saat 5-də Xanışı,Xanverdini, Sabiri, Möhübbəti Göytəpə (keçmiş Prişib) polkuna gətirirlər. Bir həftə zirzəmidə saxladıqdan sonra vertolyotla Bakıya aparırlar.Vertolyotda onları döyür, təhqir edir, öldürəcəkləri ilə hədələyirlər. 18-19 fevralda Qara şəhər Dİ

Ş-nə gətirib 30 gün həbs edirlər. Həbsxana günlərini Şüvəlanda keçirən el oğlularımıza yerli sakinlər çox hörmətlə yanaşır,ağır işgəncələrdən sarsılmış Möhübbəti Buzovna xəstəxanasına göndərirlər. O günlari xatırladıqca imperiya yırtıcılarının sadiq köməkçiləri olan DTK əməkdaşları rus podpolkovniki ilə etdiyi söhbəti Möhübbət belə xatırlayır: Podpolkovnik: Nu çto je, -vaş lider ubejal v Turçiyu Nemat Panaxov.

Cavab: V. 1917 qodu V. I.Lenin toje ubekal Finlanyadiyu.

Sual; Çem vı ne dovolnı,u vas suverennaya respublika.

Cavab: Yesli u nas suverennaya respublika,toqda poçemu vı yedite sredstvami.

Sual; Kto orqanizoval bandu Kubadlı?

Çavab: Yeqo orqanizoval Polyaniçko.

Sual; Kem vı rabotayete?

Çavab; Postuxom.

Beləliklə, hər gün səhər tezdən saat 4-5 radələrində danışıqlar aparılır,eyni sualı təkrar-təkrar verir, çaşdırmaq istəsələr də buna nail olmayır, daha da qəzəblənirdilər. Həbs gününün qurtarmasına səkkiz gün qalmış Buzovna xəstəxanasına gətiriləndən sonra həkim və tibb işçilərinin qayğısı sayəsində yaraları sağalır. Həbsxanadan buraxıldıqdan sonra Şirinov yenə də Möhübbətdən əl çəkmir, onu təqib edir, hədələyir. Lakin nə hədələr, nə təqib və təhqirlər cəbhəçi qardaşımızı mübarizə yolundan döndərə bilmir. Dəfələrlə Qarabağa yollanan Biləsuvar döyüşçüləri qanlı yanvar faciələrinin açıqlanması üçün dəfələrlə respublika rəhbərliyinə, parlamentə müraciət etmiş, lakin qənaətləndirici bir cavab ala bilməmişlər. Rayonda 20 yanvar qurbanlarının unudulması təəssuf hissi ilə bildirildi. Möhübbətə gəldikdə isə o yenə də mübarizə yollarındadır.